Bəli, hər gün içki üzündən bir ideya məhv olur. Bir uşağın ideyası, bir övladın, bir ananın, bir ailənin ideyası. Bu səbəb olur, gözü yaşlı uşaqlara, boşanmış ailələrə. Axşam bir körpənin ac yatmasına. Və Şeytanın qələbəsinə. Hər gecə bir süşə alınır, gəlir, qoyulur süfrənin başına . O süfrəyə ki , çörək yoxdu, o süfrəyə ki, ana acdi, körpə acdı. Amma içki süfrədə idi. Su kimi içilirdi həmin gecə. Dərman kimi içilir. Dərman kimi. “Bəsdir” deyir ana, “içmə” deyir. Şərxoşdu ata artıq. Əvvəlki insan deyildi artiq şeytan cildində idi onun. Şeytan girmişdi vücuduna. Əvvəlki o mehriban ata deyildi.
Və birdən vurdu ananı, cənnət ayaqları altında olan anna cəhənnəm əzabi yaşayırdı həmin gecə. Yumruqlar, təpiklər,təpiklər… Ağlayırdı körpə. İdealları, ideyaları olan bir körpə. Qəhrəmanıydi atası. İndi kim idi. Hə bəs indi kim idi. Atamı yoxsa içkimi. Hər gecə içizdirirdi ata balaca körpəsini. Kişilk sənəti imiş. Ah kişilik sənəti evdə üzü yara – berə içində ailə saxlamaq, ana döymək kişilkdir, içki içməmək kişilik deyilmiş. Gərək içki içəsən, siqaret çəkəsən kişi olmaq üçün. Kişilik yasası. Hə, hər gün bir ümid işığının ölməsi kişilk yasasıdır. “İçki iç” budur oğul, kişilik, “iç oğul”. “Iç oğul” deyir ata, dədə baba…Dərman adı ilə sırınır bu “mərət”. Qardaşı qardaşa düşmən edir, atanı baladan ayırır. Namusunu, şərəfini, ləyaqətini itirir içkini namus sayanlar. Axşam düşüncə baxırsan yerlərdə uzanıb bir insan, adəm övladı, ən gözəl yaradılmış. Acizdir. Dura bilmir ayağa..yerdəcə yatır, bəzən də sürünür. Gələn gülür, gedən gülür. Pul dilənir küçədə şərab almaqçün. Evini satır, ailəsini satır şərab almaqçün. Özünü satır şərab almaqçün. Kimdədir günah Şeytandamı ? , İçkidəmi?. Yox insan nəfsindəmi..
Yazardan: Bu balaca yazını yazmaqda məqsədim nə yazmağı bacardığımı göstərməyimdə, nə öz blogum və ya sosial mediada “məndə də var” deməyimdə deyil. Bunu oxuyan gəncin özünü düşünməsindədir. İçki içməsin uşaqlarımız . İçməsin gəncliyimiz. Bu gün içki içib namaz qılınır, molla içki içib dua oxuyur, yaslarda süfrəyə içki gətirilir, toylarda dava düşür, qan axıdılır, hər gün nə qədər qəzalar, xətalar baş verir bunun üzündən. Məndə içirdim. Daha doğrusu kəndimizdə qururverici bir şey idi ki, filankəsin oğlu içməyi bacarır. Körpəlikdən öryədirdilər. Ata oğul qarşı-qarşıya içirdilər. Amma nifrət etdim 9 aydır. Bilirsiniz niyə. Ata uşağının gözündə qəhrəmandı, ən güclüdür. Bir gün ata döyülürdü uşaq yanında. Ağlayırdı o uşaq. Balaca 6-7 yaşı olar-olmaz bir uşaq. Səbəb içki idi. Bax ,o, uşaqdan sonra nifrət etdim içkiyə.. İstəmirəm uşaqlarımız gözü yaşlı qalsın. İstəmirəm uşaqlarımız oxumağı öryədilmə əvəzinə içki içilməyi öryədilsin. İstəmirəm ki, uşaq məktəbdə siqaret çəkməyi öryənsin. Bax, bunu istəmirəm. İstəmirəm, siaqretin üzərinə “Səhiyyə Nazirliyi Xəbərdarlıq edir yazılsın”, “18 yaşından aşağı şəxslərə satış qadağandır” deyilsin. Siqaret çəkməyin ziyan olduğu öryədilsin. Amma öryədilsin. İstəmirəm gecə saat 11 – dən sonra içki reklamları getsin. İçkinin zərərli olduğu öryədilsin. Amma öryədilsin.. İstəmirəm ki, uşaqların internet kluba gedişləri qadağan olunsun, məktəbdə dərs öryədilsin və şagirdə oxumaq nədir , himnimiz öryədilsin, qan yaddaşımız öryədilsin. Bax, bunu istiyirəm…