XX əsrin sonlarında Avropda yeni bir cərəyan yarandı ve sürətli bir şəkildə yayılmağa başladı.Bu cərəyan Genderizm idi.Daha sonra isə cins ve gender anlayışlarını ferqlendirən elm statusunu aldı.Gender qadınların və kişilərin bərabərliyini təbliğ edirdi. Konkret olaraq Gender qadın və kişilərin cinsi fərqlərinə varmadan siyasi,içtimai və hüqüqi cəhətdən eyni statusa malik olmasıdır. Ümumiyyətlə Gender bərabərliyi qadınların cəmiyyətdə kişilərdən aşağı dərəcədə qiymətləndirildiyini ifadə edən təlimdir.Gender təliminə əsasən qadınlar kişilər tərəfindən təzyiqlərə məruz qalır, döyülür,söyülür, işgəncələr məzruz qalır . Qadınlara təhsil almaqda mane olurlar və qadınlar nəticə etibari ilə savadsızlaşdırılır və bu da planlı şəkildə, bilərəkdən edilir. Qeyd edirlər ki , qadınlara işləməkdə, öz karyeralarını qurmaqda bir sıra problemlər yaradırlar.Qadınlar dar , məhdud çərçivəyə salınır və yalnız evin dörd divarından kənarda bir varlıq kimi qiymətləndirilmir.Belə hesab edirlər ki, işləyən , təhsilli, siyasi arenalara qatılmaq istəyən həmçinin siyasi fəaliyyətdə olan,hüqüqlarını bilən və tələb edən qadınlar cəmiyyət (kişilər) tərəfindən bir mənalı qarşılanmır. Hətta ailədə doğulan körpə oğlan olsa toy-bayram, qız olsa yas mərasimi qrulur.
Əlbəttə, yuxarıda səsləndirilən fikirlər absurt və qeyri-dəqiqdir.Bəli, demirəm ki, belə problemlər xxı yüzyılda yoxdu. Çox təssüf ki, bu kimi neqativ, qəbul edilməz və alqışlanılmaz hallar əsrimizdə hələ də qalmaqdadır. Amma konkret olaraq bu cəmiyyətin bir hissəsinə aid edilir. Bunun səbəbi isə nadanlıq və aşırı savadsızlıq və dünyagörüşünün kasad səviyədə olmasındadır. Cəmiyyətin bir hissəsinin həyati baxış səviyəsinin aşağı səviyədə olması bütün cəmiyyətə aid edilməməlidir və aid edilməməlidirdə. Bu o demək deyil ki, cəmiyyətimiz belə düşünüb və düşünməkdədir. Bunu iddia edənlər ən azında tarixə qayıtmalı və tarixi yaxşı-yaxşı araşdırmalıdır. Heç kes mənim xalqımın qadını aşağı və zəif varlıq kimi tanımasını və qadının hüqüqlarının tapdalanmasını, bir türk kişisinin , bir əməli- saleh müsəlmanın qadına əziyyət verməsini qadını, döyməsini, onun hüquqlarının tapdalanmasını iddia edə və hətta bu haqda düşünə bilməz.
Gender problemini kim qaldırıb? Avropanın baş bilənləri.Bəs bu başbilənlərin əsas məqsədi həmişə nə olub ? Hər hansısa bir çaxnaşma yaratmaq və qeyri-xristian və həmçinin Türk dövlətlərində sabitliyi pozmaq. Həmçinin bu problem hansı ölkələrdə daha çox qabardılıb? Türk və əhalisinin əksəriyyətinin İslam dininə sitayiş edən ölkələrdə. Mənə bir şey qaranlıq qalıb. Avropa keçmişini silib yoxsa, birdəfəlik unutmaq itəyir. Onlar deyildilərmi dini ayrıseçiciliyi təbliğ edən, qadın kişi ayrıseçkiliyini salan. Onlar deyildilərmi Janna Darkı tonqalda yandıranlar?. Amerika Birləşmiş Ştatları elə çox uzağa getməsin xıx əsrə qayıdıb baxsın qadınların hüquq və azadlıqları tapdalanmırdımı?.Siyasi fəallıq göstərən qadınlar edam olunmurdularmı?.1831-ci ildə Vircinyalı zənci qadın Nat Terner quldarlıq zülmünə qarşı çıxmışdı. Və sonda o edam olundu. Bəs hansı bərabərlikdən danışırlar. Mənim tariximdə olan qadın kişi bərabərliyinin biri onların keçmişində heç zaman olmayıb.
İndi mən Türklərin qadına necə dəyər verdiklərinin izahını verim. Qədim türklər qadına böyük qüvvə kimi yanaşmış, hətta ana haqqını tanrı haqqı səviyyəsinə qaldırılmışdır. Qadınlar kişilərlə birlikdə döyüşə gedir və mərdcəsinə döyüşür. Həmçinin qadınlar evlənərkən öz həyat yoldaşlarını seçməkdə azad idi. Belə ki,qadınlar onları sınaqdan keçirmək hüqüquna malik idilər. Sonrakı mərhələrdə türk tayfalarından olan Massaget tayfasının başçısı məz qadın( Tomiris) idi və o türk xalqının ideallarından birinə çevrilmişdir.Mənimxalqım qadını böyük qüvvə hesab edəndə onlar qadını qul kimi alıb-satırdılar. Avropa yazıçıların əsərlərində qadın ikinci planda və daha çox əxlaqsız, xəyanət edən bir insan kimi qələmə alırdılar, oysaki dünyaşöhrətli, Türk dünyasının fəxri olan Nizami Gəncəvi qadına əsas rol ayırmış və hətta kişilərdən üstün tutulmuşdur. Bunu “İsgəndərnamə” əsərində Müşabənin “Yeddi Gözəl” əsərində isə Fitnənin timsalında görmək olar. Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anası Sara Xatın məhz bu dövlətin siyasi məsələləri ilə məşğul olub. Siyasi görüşlərdə olub. Bu zaman Avropada qadın siyasətçi var idimi?.Bəs 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının Parlamet seçkilərində qadına səsvermə hüququn verməsi. Həmin dövrə qədər bu var idimi?
Deyəsən İslamin yarnması və mövcudluğu Avropanı əməlli-başlı narahat edir. Çünki bu cərəyan məhz islamın ideyalarının əksini təliğ edir.Halbuki elə bərabərlik ən gözəl şəkildə məhz İslamdadır. Genderin qadın və kişi uçun teleb etdiyi beraberlik tamami ile aydın, dürüst, izahli şəkildə İslam dinin müqəddəs kitabı “Qurani-Kərim”də verilib.
Allah(c.c) hər şeyi cüt yaratdığı kimi insanlarıda cüt yaratdı. Insanı yaratdıqdan sonra onu qadın və kişi cinsinə ayırdı və onları bərabər olaraq formalaşdırmadı.Əslində qadın ilə kişi bərabər ola bilməzlər. Belə ki, qadınla kişi birləşən zaman onlar bütöv bir tam olur. Onlar ayrılıqda bir tam deyillər və yarımçıqdırlar.Allah(c.c) onlara hüqüq və vəzifələr vermiş və bu haqda agah etmişdir. Belə bir fikir bildirirlər ki, İslam dini qadinlarin tehsilinə mane olur. Amma peyğəmbərimiz Məhəmməd (s.ə.s)cənablarının “Beşikdən qəbirə qədər oxuyun” kamil fikri her şeyin sübutudur. O qadın kişi ayrıseçkiliyi etməmi.dir. Hetta demişdir:”Ey səhabələrim ve ümmətim, övladlarınızın arasında eyni cür davranın. Mən övladlardan birini üstün tutsaydım, qadını daha üstün qəbul edər və onları seçərdim”. Evlənmək prinsipinə gəldikdə isə bu hədisi qeyd etməyi özümə borc bilirəm.” Qızlarınız evlənərkən onlara seçim hüqüqu verin” Hədisi Şərif. Nəyə görə İslamda kişilər bir neçə arvad ala bilər? Bu sualın cavabını qeyd edək. Bu dinçox mürəkkəb bir şəraitdə yaranıb , formalaşıb. İslam dininə qarşı çıxanlar olub və bunu qarşısı döyüşlərlə alınıb.Bu döyüşlərdə minlərlə müsəlman kişisi şəhid olub.Əsas etibar ilə nəsil artirilması nəzərdə tutulub.Dul qalan qadının xoşbəxt edilməsi, Ərəbistan yarımadasının coğrafi mövqeyiyi qadının tək yaşaya bilməsinin mümkünsüz etməsi bu sualları cavablandırır. Bir şeyi nəzərə almaq lazımdır İslamdan öncə ərəblər bədəvi formasında yaşayıblar. Daha doğrusu cahillik dövrünə yaşayıblar. Bu mühitdə yalnız qadının qalması təhlükəli idi.
Açıq-Aydın: Mən Genderizmi bir elm kimi qəbul etmirəm. Qoy Genderizim sadəcə bir təlim kimi qalsın və qadınların hüqüqlarını müdafiyə edən bir funksiyanı yerinə yetirsin. Daha qadın səni cəmiyyət qəbul etmir və qalx üsyan elə. Belə yox! Mən belə bərabərliyi qəbul etmirəm.Qoy mənə gender düşməni desinlər amma mən belə düşünürəm.Genderizim yaranmamışdan (bu haqda məlumat olmamışdan əvvəl) da əvvəl mən qadına müqəddəs baxırdım. Çünki mənə bu kitablar, təlimlər vasitəsi ilə öryədilməyib. Bunu mənə tarixim miras qoyub. Bu mənim mənəviyyatımdan gəlir.