Duyğular…İnsanı insan edən möcüzə.. Özündən belə xəbərin oladığı zaman səni ağladan, güldürən varlıq.. Sözlə ifadə oluna bilinməyən gerçəklik….. Sevgi kimi… Gərçi sevginin özüdə bir duğudur. Ən böyüyü,ən gözəli,ən mükəmməli. Burada ağıl,düşüncə heç bir rol oynamır. Hisslərin səni ağuşuna alır….. Duyğular müxtəlifdir.. İnsanına görə dəyişəndir..Dəyişəndir deyərkən yəni,insanın fərdi məninə uğun olur. Mən ayrı cür yaşaya bilərəm,sən aryı cür, o başqa cür…
Bəzən düşüncələrə dalıram və beynimdə bir xatirə canlanır və gözlərim dolmağa başlayır.. Ürəyim sızlayır,titrəyir,döyüntü artır, yavaş-yavaş gözlərimdən yaş damlalar axır..Bunun nə olduğunu və necə baş verdiyini izah edə bilmirəm. Açığı bilməkdə istəmirəm. Bu duyğu ilə var olmaq istəyirəm.. Həyatında heçnə və heçnə yerində olmadığı zaman biri çıxır qarşına və səni özünə həbs edir. Səni aslılığa çevirir. Gecə-gündüz onu düşünürsən.. sadəcə onu…. Hər anın o.. sadəcə o… Onu görəndə ürəyin sürətlə döyünməyə başlayır. Qəlbində bammaşqa şeylər baş verir. Səbəbini bilmirsən. Sadəcə bunu yaşayırsan…Onu görmək istəyirsən.. fikrində canlandırırsan .. Artıq sənin həyatının bir parçasına çevrilib… həmdə ən böyük parçasına…Sonradan anlayırsan sevgidir bu. Duyğuların ən gözəli. Və daha sonra sevginin qarşılıqlı olmasını eşdirsən. Bir anda dünyanın ən zəngin adamına çevrilirsən.Ən böyük xəzinəyə sahib olursan. Amma bunun qarşılıqsız olduğunu biləndə isə məhv olursan. Bir anda bütünlüklə həyatın mənasızlığını anlayırsan. Artıq yaşamağın mənasız olduğunu düşünürsən .Hətta bəzəndə özünü öldürmək istəyirsən…Ən bədbəxtlik isə gözləmədiyin anda sənə xəyanət edirlər. Bu yaxınınından da ola bilər, başqa birisindən də.Ən pisi bax birincidir.Bir anda həyat mənasızlaşır və sən özünü idarə edə bilmirsən. Qisas… beynində yalnız bu canlanır…necə olursa olsun qisas. Bu zaman gözünün önündə sanki qara bir bulud olur və sən heç kimi ,heç nəyi görmürsən. Və bədbəxt hadisə baş verir.Bir duyğu və iki məkan.Məzarlıq və həbsxana.Bundan sonra sənin daxilində başqa bir duğu oyanır. Peşimanlıq…Geriyə dönübdə səhvini düzəldə bilməyəcəyinin göstəricisi.Peşimanlıq…. etdiklərinin cəzası və daxili iztirab.Beynində yüzlərlə fikirlər..Evdə isə gözü yolda olanlar.. Onların gözüləri yaşlı və səni düşünür… Vaxt gəlir,zaman keçir və sən bu cəhənnən əzabıdan xilas olursan…Amma nə sən həmin adamsan,nə də zaman həminki zamandır. Saçların ağarıb,üzüdə fikirlərin və cavabsız sualların səbəb oldğu qırışlar…Sevinirsən artıq azadsan və dərindən nəfəs alaraq dəyəri ölçülməyən azadlığın qoxusunu içinə çəkirsən…Və nəhayət…nəhayət ki deyirsən… Bu dəfə də işləməlisən.. axı , evin bütün yükü sənin üzərinə düşür. Amma iş tapa bilmirsən..Və gərək…Gərək deyirsən..Bir gün öldürüyün oğlanın valideyni çıxır qarşına.. nifrət dolu gözlər.. sənin gözlərini axtarır amma sənin gözlərinisə elə hey aşağıda nəsə axtarır.. Baxmağa utanır.. Amma məndə günah yoxdu, mənə xəyanət edilmişdi deyə bağırmaq istəyirsən.. bunu da edə bilmirsən.. Sən bir neçə il gənc,təhsilli,savadlı,dünuagörüşlü,ziyalı,hörmətli bir insan idin insanların gözündə..İndi isə sadəcə cinayətkar… Bax, belə ömrünün sonuna qədər bu damğa ilə yaşamağa məhkum olursan..sən nə qədər bundan qurtulmaq istəsəndə, o səni buraxmır…Səni sevindirən, xoşbəxt edən duyğular bir anda səni məhv edə bilir.. bu da duyğuların sənə vurduğu böyük zərbə…
Duyğularımız bizə xoşbəxtlik də gətirə bilər bədbəxtlik də. Mən duyğularımla yaşamağı sevirəm. Çünki , məni mən edən duyğularımdı.
Deyirlər hər şey insanın öz əlindədir. O,duyğularını idarə edə bilər. Və bundan sonra o kamilləşə bilər.Mən seçimi insanların özlərinə buraxıram. Duyularınızala yaşamaq istərsiniz,ya duyğularınızdan imtina edib,kamilləşmək?…..