Hər    səhər  eyni  sözləri  eşidirsən…  “bir  az  mehriban  olun,  hamı   getmək  istəyir  və  nələr.. nələr”.   Tələbə  deyir   dərsə  tələsirəm,  işçi  deyir  işə  tələsirəm.   Peşiman  olursan   ki,   vaqonun qapıları   açılanda   içəri   keçəsən.   Bir   də   görürsən   kiminsə   qucağındasan.   Arxadan  kimsə   var gücü  ilə  itələyir.   Elə  bil   üzüm   çəlləyindən üzüm  əzir.  Gəl  ki,  biri  səhər  ya  sarımsaq  yeyə,  yada  ki  içki  içə   ,onda,   cəhənnəmdə hiss edirsən özünü.   Vaqonların  pəncərələri  də   açılımır.  İyidən  boğulursan.  Adamın   ürəyindən  maşinistə  “qaqaş   saxla,  qapıları  aç

 içərinin  havası  dəyişsin”  demək  gəlir.  Növbəti   stansiyaya  qədər   canın  çıxmalıdı.  Dözməlisən.   İçəridə  çoxdandı   sözü  verilən  kondisioner  də  yoxdu.   Gərçi  olsa  belə  havanı  dəyişdirə  bilməyəcək.  Əgər  vaqon  60  nəfər  üçün  nəzərdə  tutulubsa,  ölkəmizə  idxal   olunanda  o,  60-ı  bizimkilər   160  edir.  Çinli  qardaşlarla  görüşsəydik deyərdik  ki,   “ qardaş  Azərbaycana   göndərdiyiniz   vaqonları  elastik  eliyin  dəəə”.  Vaqonlarda mədəniyyətimizdən  bir  sıra  nümunələri  də  var.  Misal  üçün  davakarlıq.  Hər  gün  bir  dava   olmasa   Bakı   metrosu    özünü   günahkar   hesab   eliyər.   Daha sonra   vaqonların  hər   tərəfinə  yapışdırılmış     istər erotik,  istərsədə  tanışlıq  və   evləndirmə  saytlarının  adları, oğlan  nömrələri,   hətta   “A+B= Love”  kimi yazılar, tutacaqlara  yapışdırılmış saqqızlar.  Gedəcəyin  yerə  çatanda  allaha  şükür  edirsən.  Amma  di  gəl  ki, burada  da  düşə  bilmirsən.  Qapıların ağzında   sərhəd   çəkilir.  Düşməyənlər  düşmək  istəyənlərə  imkan  vermirlər  ki,  düşsünlər.   Çox   vaxt   o  biri  dayanacağa  gedib,  yenidən   geri qayıdırsan.Metroda  ən  təsirləndiyim  hadisələrdən  biri  qoca  dayının  maşınist  səhvi   nəticəsində  yerə   yıxılması idi.  Dayı   oturacaqdan   qalxıb  düşmək   istəyirdi   ki,  qatar  anidən  hərəkət  etdi  və  durdu.  Vaqonda sankı   7  bal   gücündə   zəlzələ   baş   vermişdi.   Onsuzda   ayaqda   güclə   durur   və   bunun  üçün   bir vasitədən-çəlikdən   istifadə   edirdi.  Dayı  yerə  yıxıldı,  eynəyi  çatladı,    bəlkədə   başından  zədə  belə almışdı.   Növbəti  stansıyada  endirib,  digərinə  mindirdik.   Amma,  bu  hadisə   mənim   və  bir  çoxlarının yaddaşından  çıxmayacaq.Deyirlər,  Bakı  metrosundan  1   milyondan  çox  insan  istifadə  edir.  Bəs  necə    metromuzun  keyfiyyəti   bizi   qane edirmi?.

Əvvəllər metronun  qiyməti  5  qəpik  idi.   Sonra  birdən-birə  dörd  dəfə  artırılaraq  20  qəpiyə artırıldı. Deyildi ki, metromuzda  yeni  texnologiyalar  olacaq,  istifadəçilərə daha keyfiyyətli  xidmət göstəriləcək. Yeni  texnologiya  deyərkən  nəzərdə tutulan  plastik  kartlaradan  başqa  bir  şey olmadı.  Nə  zaman  kart  yükləmə  apparatına  yaxınlaşsan   qarşısında  5-10  dəqiqə  növbədə  dayanmalısan. Səbəb   bu  apparatların   sayının  az  qoyulmasındadır.  Ən  çox  istifadə   edilən   metro   stansiyalarından   biri olan Koroğluda belə apparatlardan yalnızca üçü quraşdırılıb. Çox vaxt onlardan biri işləmir, o biri yalnızca   qəpik   qəbul edir,  digəri isə  yalnızca manatla işləyir.  Növbəyə isə söz ola bilməz. Yeni vaqonların gətirilməsi  də  deyilmişdi.   Amma yeni  vaqonlarn  əvəzinə  köhnə vaqonlara yüngülvari düzəliş edilib yenidən istifadəyə verildi.  Koroğlu stansiyasında  WiFi-ın quraşdırılacağı deyilmişdi.  Sizi əmin edirəm ki,  WiFi-dan orada əsər-əlamət  belə yoxdu.   Qatarlar o dərəcədə köhnədir ki,  iki  stansiya arasında  tez-tez  dayanır.  Bir  sözlə əvvəl necə idisə, indi də elədir.  Bakı  metrosunun  bir   günlük gəlirini   hesablasanız   görərsiniz  ki,  bu  gəlirlə  nə qədər  iş  görmək  olar.   Yenicə  istifadəyə  verilmiş  stansiyalar  görünüş  baxımdan  tədqirə  layiqdir.  Xidmət  isə  qənaətbəxş  deyil.   İlk  növbədə isə xidmət əsas olmalıdır. Bu  daha  vacibdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.