Üz sözü gələndə ümumiyətlə bizim insanların simasında qəribə mimikalar yaranır.Üzlülük sözcüyü bizim daxilimizin alt qatlarına qədər işləyib. Üzlülük bir çox mənada işlənir.Bu dəfə mən iki aryı üzdən bir birinə zidd, tərs olan iki üzdən danışacağam.
Bəs bu üzlər hansıdır?. Görəsən bu dəfə hansı bəlamızda üz öz üzdülüyünə salıb ki, dərdli-dərdli yazıram. Özüdə əməlli-başlı dərd…
İnsanın iki üzü var.” Təbii ki… burda nə var axı.. hər bir insanın iki üzü olmalıdır..Bu onun təbii şəraitə uyğunlaşması, yaşaması üçün yaradanın ona verdiyi özəllikdir.Biz nəcə iki üzsüz yaşaya bilərik?…Necə görünər bir üzlü insan..Gülməyim gəlir… “ Bu sözlər əslində daxilimdən gələn səslərdir. Düşüncələrimin məhsulu və özümə təsəllidir. Bu sadalanan xarici üzdür. Bəs daxili üz… İnsana ikiüz xasdırmı?.. İnsan ikiüzlümü olmalıdır?. Yox bu əsla belə deyil!. Məntiq elmində anlayışın mənfi və müsbət anlamlarına gələn xarakterləri var. Bu da belədir. Yəni insanın daxilindəki ikiüzlülük müsbət yox, mənfi mənada işlənir. Deməli, yaradılanların ən gözəli öz gözəl namına uyğun olaraq bir üzlü olmalıdır. Yoxsa qanunauyğunluq pozular. Amma bu qanuna uyğunluğun pozulması hələ əski zamanlardan baş vermişdi. Adəmin övladları Habillə Qabil arasınada mübahısə və Qabilin Habili öldürməsindən sonra aşkara çıxdı. Vay Qabil ikiüzlü imiş…. Biz nələrə inanırmışıq. Bəs burada bizim günahımız nədir?. Dədə-babalarımız da ikiüzlü olubmuş. Aha, bu bizə buradan gəlib… Bəs əslində necədir?. Doyunca danışdığımız namus,qeyrət,şərəf,ləyaqət sən demə sadəcə simvolik bir şey imiş. Əslində isə biz ikiüzlü bir canlıymışıq.Yaxşı kimi, ləyaqəyli kimi görünüb ləyaqətsiz,şərəfsiz işlərlə məşğuluq. Mamus adı ilə özümüzü pərdələyib, pərdənin o bir üzündə manussuz işlərlə məşğul oluruq. Kişlik iddiasında bulunub, nakişilik edirik və bunları ikiüzlülüyümüzlə deşifrə olunmamsı üşün savaşırıq. Hay-hay gör biz nələr üçün savaşırıq. İkiüzlülük için. Birazdan deyəcəklərki, ikiüzlülük için cihad mütləqdir. Haydi kişiciklər cihada bəs bizim ikiüzlülüyümüz deşifrə olunub…. Savaşmaq , vuruşmaq lazımdır.Qırmaq lazımdır bu bir üzlüləri. Tez olun onsuzda bir-iki nəfər qalıb.Haydı qıraq onları. Aha aydın oldu ki, ikiüzlülük heçdə mən anladığım kimi deyilmiş . Yox bu sözcük elə insana xas imiş. Heçdə xarici ikiüzlülüklə daxili ikiüzlülük bir-birinə tərs deyilmiş. Hörmətli, adlı-sanlı,izzətli insan olmaq üçün gərək ikinci üzünün matorunu işə salasan ki, öz fəaliyyətə başlasın. Başlayandan sonra sənin o biri üzün dincəlir. Necə deyərlər bir aylıq məzuniyyət götürüb Havay adalarına istiratə gedib( çox işləyib,yorulub). O biri sə istirahətdən təzə qayıdıb və işə hazırdır, həmdə yeni metodlar öryənib.Deyirlər oralarda təmənnasız kurs varmış.” İkiüzlülüyün yeni metodları” adlı. Təlim keçiblər buna və üstəlik sertifikat alıb. Yəni tam ustlaşıb bu sahədə. Bir addım öndədir.Səhv etmişəm xəbərim yox. Başlıq dəyişilməlidir.
Axır vaxtlar nəsə dost-tanışlarım kasıbçılıqdan danışır.İş tapa bilmirlər. Əslində öz ixtisaslarının ustalarıdırlar amma ikiüzlü deyillər. Bir neçə müddətdir işə qəbulda yeni forma tələb edirlər. Formanın adı “ İKİÜZLÜLÜK”-dür. Özüdə dərəcə, sertifikat,diplom. Daha yaxşı xaricdə təhsil alanlara baxırlar. Deyirlər hətta belə bir elmin əsasını da qoymaq fikirləri var. Hər bir tədris ocağında tədris olunacaq. Qabaqcadan devizlərini də hazırlayıblar. “Bir üzlü qalmasın, hamı ikiüzlü olsun”. “İKİÜZLÜLÜ VƏTƏNDAŞ HƏRƏKATI” adlı hərəkat var sən demə. Bu yaxınlarda aksiya keçiriblər. “BİR ÜZLÜLƏRƏ AR OLSUN! AR OLSUN! YAŞASIN İKİ ÜZLÜLƏR! YAŞASIN İKİ ÜZLÜLƏR!!!. ”kimi şüarlarda səsləndiriblər. Dünyada ən aktual mövzu da elə budur.Dünyayanın hegomon dövlətləri bir üzlülərə qarşı sankssiyalara başlayıb.Hətta yeni super nüvə silahlarını da istfadə edəcəklərini deyiblər.
Bu isə hadisələrin gedişatıdır. İnsanımız etdiklərinin fərqinə varmasa bu hadisələr bu cərəyanda baş verəcək. Özüdə tezliklə. İnsan oğlu hər şeyə qadirdir. Niyə bunları da etməsin. Axı nəfs var. Acgözlük, tamahkarlıq var. Necə olsun. İkiüzlülüün başlanğıcıda buradan gəlir. Nəfsdən.. Nəfsin törətdiyi fəlakətdən biridə ikiüzlülükdür.Nəfsimizə qalib gəlsək ikiüzlülük sendromundan xilas olacağıq. Məğlub olsaq ömrlük əsarət…Cəhənnəm əzabı…..